Denzel Damfris zədədən sonra qayıdır
28.01.2026 , 17:45
“İnter”in müdafiəçisi Denzel Damfris zədədən sonra tezliklə komandaya qoşulacaq.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçunun fevralın 22-də “Leççe” ilə oyunda forma geyməsi mümkündür, “Yuventus” matçında iştirak ehtimalı isə aşağıdır.
Bu mövsüm Damfris 15 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.