“Arsenal”ın yeni transferi Denni Uelbek dünən ilk het-trikini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “Qalatasaray”la qarşılaşan “topçular” qonaqlara güzəştə getməyib. Rəqib qapısından 4 qol keçirən “Arsenal”ın 3 qolu Uelbekin adına yazılıb. Bu hadisə ilə bağlı açıqlama verən futbolçu:
“Sonuncu dəfə 3 qolu gənc komandada vurmuşdum. Qollar vurmağa çalışıram, boş mövqelərə çıxmağı düşünürəm. Bu da nəticəsini verir”
Qeyd edək ki, “Qalatasaray”ın heyətində Burak Yılmaz komandasının təsəlli qolunu vurub.
