“Denizlispor”da Prosineçki dönəmi bitdi
25.11.2020 , 19:27

“Denizlispor” baş məşqçisi Robert Prosineçki ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin saytı məlumat yayıb.
Xorvat mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Prosineçki bu ilin avqustundan “Denizlispor”u çalışdırırdı.
