“Bakı” ilə oyunda Lənkərandakı xal itkisini unutdurmağa çalışacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Denis Silva deyib.
Braziliyalı futbolçu paytaxt derbisində qələbə qazanmaq istədiklərini bildirib: “Bakı” asan rəqib deyil. Son dövrlər yaxşı oyun sərgiləyirlər. Amma bu, bizim xal itirmək üçün əsas ola bilməz. “Bakı”nı məğlub etməliyik”.
