“Arsenal” MY-dən hücumçu transfer edib.
Korner.az-ın məlumatına görə, “pəncərə”nin bağlanmasına dəqiqələr qalmış İngilitərə yığmasının forvardı Deni Velbek “Arsenal” ilə müqaviləyə qol çəkib. Futbolçu növbəti 5 il “topçular”ın formasını tərlədəcək.
Maraq üçün qeyd edək ki, Velbek ötən “Mançester Yunayted” heyətində 74 oyuna 16 qol vurub. “Arsenal”ın əsas forvardı Olivye Jiru isə 60 oyuna rəqib qapılarından 28 top keçirib.
