Demyen Daff “Seltik”lə anlaşıb
08.01.2019 , 12:25

Futbolçu karyerasını başa vurduqdan sonra İrlandiyanın “Şemrok Rovers” klubunun akademiyasında məşqçi kimi fəaliyyət göstərən Demyen Daff iş yerini dəyişib.
Veteran futbolçu Şotlandiyanın “Seltik” klubunda fəaliyyət göstərəcək. 39 yaşlı mütəxəssis Qlazqo klubunun akademiyasında məşqçi kimi çalışacaq. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, İrlandiya millisinin keçmiş üzvü “Bləkbörn”, “Çelsi”, “Nyukasl”, “Fulhem” kimi klublarda çıxış edib. Daff karyerasını 2015-ci ildə “Şemrok Rovers”də başa vurmuşdu.
