Dünən saat 21:00 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Korner.az-ın APA-ya istinadən verdiyi məlumata görə Daşkəsən rayon sakini, 1980-cı il təvəllüdlü Məmməd İsmayılov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirərək 1983-cü il təvəllüdlü Ukrayna vətəndaşı Valentin Yuriyeviç Demyanenkonun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub.
Qeyd edək ki, Valentin Demyanenko avarçəkmə üzrə 3 qat dünya çempionudur. Və o qəzəda xəsarət almayıb.
