Demiral üçün mövsüm erkən bitdi – Avropa çempionatını buraxacaq
13.01.2020 , 16:27

İtaliya A Seriyasının XIX turunun “Roma” ilə ev oyununda zədələnən “Yuventus”un müdafiəçisi Merih Demiralın durumuna aydınlıq gəlib.
Korner.az xəbər verir ki, müayinədən sonra müdafiəçinin sol diz ön çarpaz bağlarının qırıldığı məlum olub.
Futbolçu üçün mövsüm erkən başa çatıb. Demiralın Avropa çempionatını buraxacağı bildirilir.
