İspaniya La Liqasının 4-cü turu çərçivəsində baş tutmuş “Xetafe” ilə səfər oyununda (2:1) zədələnmiş “Barselona”nın hücumçusu Osman Dembelenin 4 aylıq sıradan çıxıb.
“Barsa”nın Dembelenin zədələnməsinə səbəb kimi “Xetafe”nin stadionunun ot örtüyünü göstərdiyi qeyd edilib. Klub rəhbərliyi oyundan öncə qazonun otlarının biçilməməsinin, həmçinin meydançanın sulanmamasının Dembelenin zədələnməsinə səbəb olduğunu deyib.
İspan mətbuatında “Barsa” rəhbərliyinin bu məsələdə səhlənkarlıq etmiş “Xetafe” klubundan federasiyaya şikayət edəcəkləri vurğulanıb.
