Dembelenin PSJ-dən Səudiyyə Ərəbistanına keçidi gündəmdə
28.01.2026 , 16:00
Səudiyyə Ərəbistanı klubları PSJ-nin hücumçusu Usman Dembeleni heyətinə qatmaq niyyətindədir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin yüksək vəzifəli şəxsləri 28 yaşlı forvardı liqaya gətirmək üçün ilkin araşdırmalar aparıblar və dünya mempionatından sonra böyük təklif təqdim etməyi planlaşdırırlar.
Futbolçu isə hazırda yalnız Paris klubuna və DÇ-2026-ya fokuslanıb.
Bu mövsüm Liqa 1-də 11 oyunda iştirak edən Dembele 5 qol vurub və 3 məhsuldar ötürmə edib.