Dembele yenə zədələndi
14.03.2019 , 15:34
İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele yenidən zədələnib.
Fransalı futbolçu sol baldır əzələsində olan dartınma səbəbi ilə 3-4 həftə meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Usman Dembele zədəsini yeni sağaltmışdı.