Dembele yenə zədələndi
10.03.2019 , 17:33

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele zədələnib.
Fransalı futbolçu ötən gün “Rayo Valeykano” ilə görüşdə zədələnib. Onun sol bud əzələsində dartınma var. Futbolçunun “Lion”a qarşı oyunda iştirakı sağalma prosesindən asılı olacaq.
Qeyd edək ki, Dembele “katalonlar”ın heyətində 41 görüşə çıxıb.
