Dembele Premyer Liqada oynaya bilər
09.05.2023 , 16:59
“Lion”dan ayrılmağa hazırlaşan Mussa Dembele karyerasında yeni səhifə açmağa hazırlaşır.
Korner.az xəbər verir ki, 26 yaşlı hücumçu addım-addım İngiltərəyə yollanır.
İspaniya mətbuatında yayılan xəbərə görə, Dembelenin transferində “Aston Villa” və “Lids” maraqlıdır.
Fransız forvard üçün ən uyğun variantın “Aston Villa”nın olacağı bildirilir.
Bu mövsüm “Lion”da 27 oyun keçirən futbolçu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.