Dembele əvəzinə Remzi
31.07.2018 , 16:28

“Barselona”nın futbolçusu Usman Dembele “Arsenal”a keçə bilər
Fransız yarımmüdafiəçinin keçidi yay transfer pəncərəsi bağlanana qədər reallaşacağı gözlənilir. Kataloniya klubu Dembelenin əvəzinə “Arsenal”dan Aron Remzini istəyir.
Qeyd edək ki, 21 yaşlı futbolçu Fransa millisinin heyətində dünya çempionu olub. Ötən mövsüm “Barselona”ya keçən Dembele zədə səbəbindən cəmi 20 oyunda iştirak edib və 3 qol vurub. Remzi isə ötən mövsüm Premyer Liqada 24 oyuna 7 qol vurub.
