Demba Ba yenidən Super Liqa klubunda
23.01.2019 , 11:23

“Başakşəhər” klubu heyətini yeni futbolçuyla gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb
Super Liqa təmsilçisi “Şanxay Şenxua”dan Demba Banı transfer edib.
33 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında “Başakşəhər”də çıxış edəcək.
Karyerası ərzində “Nyukasl”, “Çelsi”, “Beşiktaş” kimi klublarda forma geyinən Demba Ba, 22 dəfə də Seneqal millisinin uğurları üçün çalışıb.
