Korner.az xəbər verir ki, mövsüm əvvəlində "Beşiktaş"a transfer edilən və atdığı qollarla azarkeşlərin sevimlisinə çevrilən Demba Ba yenə də sevənlərinin ürəyini fəth edən bir hərəkət edib.
Belə ki, bir azarkeş ulduz futbolçuya Tvitter üzərindən onu namaza oyandırmasını xahiş edib.
"Ey Demba. Mənə yardım edərsənmi? Sabah namaza qalxdığında məni də oyandırarsanmı?Əgər mənə zəng etsən namaz qılacağam", deyə yazıb. Demda ba isə buna cavab olaraq "Nomrəni yolla" deyə cavab verib.
