DeMarkus Kazıns “Qolden Steyt”lə anlaşıb
03.07.2018 , 10:07

Ötən mövsümü “Nyu Orlean”da tamamlayan DeMarkus Kazınsın yeni komandası bəlli olub. Mərkəz oyunçusu “Qolden Steyt” ilə anlaşıb.
Azad agent olan basketbolçu “Seltiks” və “Qolden Steyt” arasında seçim etməli idi. Ötən mövsümün yarısını zədə səbəbindən buraxan təcrübəli oyunçu çempion komandanı seçib.
Hazırda Las-Veqasda reabilitasiya keçən Kazınsın təlim-məşq düşərgəsinə hazır olacağı gözlənilir.
