Delle Alliyə Polşa klubundan təklif
06.11.2025 , 15:42
İngiltərə millisinin sabiq futbolçusu Delle Alli karyerasını yenidən bərpa edə bilər.
Korner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Polşanın “Visla” (Plok) klubundan rəsmi təklif alıb. Onun transferinin qış pəncərəsində reallaşması mümkündür.
Hazırda klubsuz olan Alli son olaraq İtaliyanın “Komo” komandasında çıxış edib. Daha əvvəl futbolçu “MK Dons”, “Tottenhem”, “Everton” və “Beşiktaş”ın heyətində forma geyinmişdi.