Dele Alli üçün alternativ tapıldı
10.05.2023 , 13:08

“Beşiktaş” mövsümün əvvəlində “Everton”dan icarəyə götürdüyü Dele Alli yollarını ayıracaq.
Korner.az xəbər verir ki, Şenol Günəş növbəti mövsümün Dele Allini əvəz edəcək futbolçunu müəyyən edib.
Yunan mətbuatının yazdığına görə, “qartallar” “Olimpiakos”un uğurlu yarımmüdafiəçisi Pep Biellə maraqlanır.
