Topaz Premyer Liqasının III turunda “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Matçdan sonra” “Qarabağ”ın futbolçusu Con Delarj jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:
“Yaxşı oyun alındı. Daha gözəl nəticə əldə edə bilərdik. Davam etməliyik. Növbəti oyunlara hazırlaşacağıq”
– Bu oyunla Türkiyədəki derbiləri necə müqayisə edərdin?
– Müqayisə etmək istəməzdim. Bunu sevmirəm. Azərbaycanda oynayıram. Ümumilikdə yaxşı oyun oldu.
– Tez əvəzləndiniz. Tam hazır deyilsiniz?
– Hazır olmayan oyunçu 87 dəqiqə necə oynaya bilər? Yorulmuşdum, əvəzlənməli idim.
– “Şerif”lə cavab oyunu haqda nə deyə bilərsiniz?
– Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik. Həyati önəm daşıyan matçdır. Artıq həmin oyuna köklənməkiyik
– Sizcə,” Neftçi” “Qarabağ”ın rəqibi ola bilər?
– Bunu demək üçün hələ çox tezdi. Bütün komandalar yaxşıdı. Hamı qalib gəlmək istəyir