İtaliya futbolunun canlə əfsanələrindən olan Del Pyeronun hansı komanda da çıxış edəcəyi dəqiqləşib. Korner.az-ın məlumatına görə, İtaliya milli komandasının və “Yuventus” klubunun keçmiş futbolçusu Alessandro Del Pyero karyerasını Tailand çempionatında davam etdirəcək.
37 yaşlı yarımmüdafiəçi tezliklə “Muan Tonq Yunayted”lə 2 illik müqavilə bağlayacaq. Bu müddət ərzində yarımmüdafiəçi hər mövsümdə 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Alessandro Del Pyero karyerasına “Padova”da başlayıb. O, 1993-cü ildə “Yuventus”a keçib. Del Pyero “Qoca Sinyora”nın heyətində 6 dəfə İtaliya çempionluğu (bunlardan 2-si korrupsiya qalmaqalı ilə əlaqədar ləğv olunub), 1996-cı ildə Çempionlar Liqasını, İtaliya millisində isə 2006-cı il dünya çempionluğu qazanıb.
