“Yuventus”un əfsanəvi oyunçusu, hazırda Avstraliyanın “Sidney” klubunun şərəfini qoruyan Alessandro Del Pyero keçmiş komandasına qayıda bilər.
Korner.az-ın məlumatına görə, 39 yaşlı futbolçunun qardaşı və agenti Stefano Del Pyero “Yuventus”la 6 dəfə İtaliya çempionu olan məşhur qardaşının “Qoca sinyora”nın istənilən təklifini qəbul etməyə hazır olduğunu vurğulayıb.
“Allesandro heç bir zaman “Sidney”də çoxlu pul qazanmağa çalışmayıb” – deyə, Stefano bildirib: “O, layihənin onun xoşuna gəldiyi və bu ölkədə futbolun inkişafına kömək etmək üçün Avstraliyada oynamağa razılıq verdi. Hazırda o yaxşı formadadır və yenə də oyundan həzz alır. “Sidney”də qalmaq mümkün olmasa, başqa variantları nəzərdən keçirəcəyik. Aleks “Yuve”də 19 il oynayıb və komandanın istənilən təklifini qəbul etməyə hazırdır. Amma hələlik bizə heç Kim müraciət etməyib”.
