"Yuventus"un sabiq kapitanı Alessandro Del Pyero eks-komandasının bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Bavariya"ya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, əfsanəvi futbolçu turinlilərin növbəti mərhələyə yüksələcəyini deyib.
"Yuventus" üçün bu oyun çətin keçəcək, amma uduzmayacaq. "Bavariya" çox güclü komandadır, "Yuve"yə problem yarada bilər. İnanıram ki, bugünkü oyunda komanda ləyaqətli oyun göstərəcək, Münhendə isə heç-heçə edib növbəti mərhələyə yüksələcək", – deyə Del Pyero bildirib.
