"Yuventus"un təcrübəli futbolçusu Alessandro Del Piero uzun müddətdən sonra çempion olduqları üçün xoşbəxtliyini dilə gətirib.
Korner.az-ın məlumatına görə, sevincini mətbuatla bölüşən Del Piyero bu cür danışıb: "Hər dəfə yeni mövsümə başlayanda nəyəsə ümid edirsən. Ancaq bu il alındı çempion olduq. Buna görə özümü çox xoşbəxt sayıram. Təqribən 15 gün içində "Napoli" ilə oynanılacaq kubok finalı matçımız var. O, görüşdə də qalib gəlib. Mövsümü iki kubokla bitirmək istəyirik."