"Çempionluq ən xoş hisslərdi. Yaxşı bilirdik ki, finalda qələbə qazanmaqla xalqımıza böyük sevinc bəxş edəcəyik. Bunu bacardığımız üçün çox şadıq". Korner.az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente Del Boske Avro-2012-nin final matçında qalib gəldikləri İtaliya ilə oyundan sonra deyib.
Çalışdırıcı qələbə haqda danışarkən daha sonra bunları deyib:
"Ardıcıl 3 titulun qazanmaq mənim üçün mümkünsüz görünürdü. Ancaq İspaniya millisi bunun öhdəsindən layiqincə gəldi. Qələbə qazanmaq üçün böyük qüvvə sərf etdik. İtaliya millisinə öz oyunlarını nümayiş etdirməyə imkan vermədik. Bu zəfəri ailəmə və azarkeşlərə həsr edirəm".