Deku: “Telles çoxdan dəvət edilməli idi”
23.03.2019 , 17:35

“Barselona” və “Portu” klublarındakı çıxışı ilə sevilən Deku Aleks Tellesin Braziliya millisinə çağırılması ilə bağlı danışıb.
Tellesin son zamanlar yaxşı formada olduğunu və haqlı olaraq milliyə çağırıldığını vurğulayan portuqaliyalı daha sonra bunları deyib:
“Tellesin milliyə çağırılması məni təəccübləndirmədi. Onun “Potru” klubundakı çıxışı ən yüksək səviyyədədir. Məncə, onu çağırmaq üçün bir az gecikiblər.”
Qeyd edək ki, Aleks Telles 2016-ci ildən “Portu” klubunun şərəfini qoruyur.
