Debüt oyununda qol vuran 6-cı futbolçu
15.03.2021 , 18:00

Fakundo Melivilo “Zirə”də debüt edib.
Korner.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının XX turunda rəsmiləşib. Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb.
Melivilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudu. Ona qədər 29 ölkədən 51 legioner komandanın formasını geyinib.
Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb. “Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.
