İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, London təmsilçisinin təcrübəli futbolçusu Matheu Debuşi 3 aylıq sıradan çıxıb.
Belə ki, Premyer Liqanın 4-cü turu (13 sentyabr) çərçivəsində keçirilən “Mançester Siti” matçında ayaq biləyindən xəsarət alan 29 yaşlı müdafiəçi cümə günü əməliyyat olunub.
Bu barədə yerli mətbuata açıqlama verən komandanın baş məşqçisi Arsen Venger onun 3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
