De Yonq qərarını verdi
17.02.2025 , 21:30

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya nəhəngindən getmək istəmir.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, niderlandlı futbolçunun La Liqa klubunda çıxış etməkdən məmnun olduğu bildirilir.
27 yaşlı oyunçu bu mövsüm La Liqada 12 matçda çıxış edib, 2 qol vurub.
