De Yonq: “Barselona ilə finala çıxsaq…”
19.04.2019 , 14:10

İcarə əsasında “Ayaks” klubunda çıxış edən Frenki De Yonq Çempionlar Liqasında final şanslarını dəyərləndirib.
Hollandiyalı yarımmüdafiəçi rəqibin “Barselona” olacağı halda onlara qarşı daha yaxşı çıxış edəcəyini bildirib.
“Mən “Ayaks” klubunun futbolçusuyam. Finalda “Barselona” ilə qarşılaşmaq əla olar. Ancaq mən çıxış etdiyim klub üçün savaşacam. Bu, “Barselona” olsa da, olmasa da, vuruşacam.
