De Xeaya fantastik təklif
18.02.2019 , 17:39

“Mançester Yunayted” mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq David de Xeaya fantastik şərtlərlə yeni sözləşmə təklif etməyə hazırlaşır.
“Qırmızı şeytanlar” ispaniyalı qolkiperə həftəlik 365 min funt-sterlinq (təqribən 471 min dollar) verməyə hazırdır. 28 yaşlı qapıçı “Mançester Yunayted”də qalmağa razılıq versə, o, komanda yoldaşı Aleksis Sançes və “Arsenal”dan Məsut Özili geridə qoyaraq, Premyer Liqanın ən çox qazanan oyunçusu olacaq.
Qeyd edək ki, 2011-ci ildən Mançester təmsilçisinin şərəfini qoruyan De Xea ilə PSJ yaxından maraqlanır.
