İker Kasilyasın “Real”da qalıb-qalmayacağından asılı olmayaraq, “Mançester Yunayted”in əsas qapıçısı David de Xea yayda Madrid klubuna transfer olunacaq.
Korner.az-ın məlumatına görə, 24 yaşlı qolkiper “Kral klubu”na keçməsinə razılıq verib.
Artıq ilkin danışıqlarda anlaşılıb. Mövsüm başa çatan kimi ispan qapıçının madridlilərlə müqavilə bağlayacağı gözlənilir. De Xea telekanallardan birinə açıqlamasında “Real”a keçidinə belə münasibət bildirib:
“Gələn mövsüm “Real”da forma geyinmək istəyirəm. Madrid klubuyla demək olar ki, hər bir məsələdə razılığa gəlmişəm. Sadəcə, klublar arasında anlaşma qalıb ki, müqavilə bağlayım”.
