“Mançester Yunayted” klubunun və İspaniya yığmasının əsas qapıçısı David de Xea maraqlı açıqlama ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, təcrübəli qapıçı şəxsi Tvitter ünvanında onu tənqid edənlərə təşəkkürünü bildirib:
“Əsas məsələ, ruhdan düşməmək və növbəti oyunlara hazırlaşmaqdı. Məni tənqid edənlərə sözüm, çox sağolun, bu mənə əlavə güc verir”
Qeyd edək ki, azarkeşlər ispan qapıçını Xorvatiya ilə oyunda göstəriyi inamsız oyuna görə tənqid atəşinə tuturdu.
