“Mançester Yunayted”in qapıçısı David De Xea karyerasını İspaniyada davam etdirməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu “Real”la anlaşıb.
27 yaşlı qolkiperdən əl çəkməyən “Real” yenidən onun razılığını alıb. Vaxt itirmədən “qırmızı şeytanlar”la da danışığa başlayan ispanlar onları 60 milyon funt-sterlinqə razı sala bilib. De Xeanın mövsümün sonunda “Real”a keçidində artıq bir əngəl qalmayıb.
