“Real” mövsümün sonunda komandadan ayrılmağı düşünən İker Kasilyasa əvəzləyici axtarır.
Korner.az-ın məlumatına görə, “kral klubu”nun çərçivə üçün artıq iki namizədi var.
Madrid təmsilçisinin ilk hədəfi “Mançester Yunayted”in qolkiperi David De Xeadı. Onunla razılıq əldə olunmazsa, o zaman “Real” “Çelsi”də əsas heyətə düşə bilməyən və yayda komandadan getməyə hazırlaşan Petr Çexi heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, “Real”ın qapıçısı İker Kasilyas klubla müqavilə müddəti 2017-ci ilin yayına qədər olsa da, cari mövsümün sonunda klubunu dəyişmək barədə düşünür.
