“Mançester Yunayted”in futbolçusu David De Xea klubla müqaviləni uzatmaqdan imtina edib.
Korner.az-ın məlumatına görə, qapıçı Madrid “Real”ına keçmək arzusunu qətiləşdirib və bunu həyata keçirməyə çalışacaq.
Xatırladaq ki, bir müddət əvvəl verilən məlumata görə Mançester Yunayted 23 yaşlı qapıçının məvacibini 2 dəfə artırmaq fikrində idi. Lakin bu təklif də qolkiperi fikrindən daşındıra bilməyib. De Xeanın ingilis klubu ilə müqaviləsi 2016-cı ilin yayına qədərdir.(metro)
