De Xea “Mançester Yunayted”də qalmaq istəmir
09.10.2018 , 09:51
“Mançester Yunayted”in qapıçısı David De Xea klubu ilə yeni müqavilə imzalamaq istəmir.
27 yaşlı qolkiper 2019-cu ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmağı planlaşdırmır. Beləliklə, o, gələn il “MY”nı azad agent kimi tərk edə bilər.
Qeyd edək ki, De Xea 2011-ci ildən İngiltərə klubunun şərəfini qoruyur.