De Xea “Mançester Yunayted”dən ayrılır?
04.04.2019 , 11:45

“Mançester Yunayted” klubunun qolkiperi David De Xea yayda iş yerini dəyişə bilər.
İngiltərə mətbuatına görə, ispaniyalı qapıçı klub ilə razılıq əldə edə bilmir. De Xea maaşının artırılmasını tələb etsə də, “qırmızı şeytanlar” buna müsbət yanaşmır.
Qeyd edək ki, 28 yaşlı qapıçı Fransanın PSJ klubunun maraq dairəsindədir.
