De Xea gedərsə, o gələcək
12.05.2023 , 21:32
Mövsümün sonunda “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq David De Xea komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, İngiltərə nəhəngi De Xea ayrılarsa, ona alternativ ad olaraq “Everton”un qapıçısı Pikfordu heyətinə cəlb edəcəyi gözlənilir.
“Daily Mail”in xəbərinə görə isə De Xeanın “Mançester Yunayted”lə yeni müqavilə imzalayacağı bildirilir.