De Xea ərəblərin hədəfində
09.07.2024 , 10:07

İspaniyalı ulduz qolkiper David de Xea yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, təcrübəli qapıçı karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Onunla “Əl-Şəbab” klubunun maraqlandığı bildirilir.
Tərəflər arasında yaxın günlərdə danışıqların olacağı gözlənilir.
Xatırladaq ki, David de Xea ötən ildən klubsuzdur.
