De Vray Səudiyyə Ərəbistanına yola düşür
21.01.2026 , 14:52
“İnter” və Niderland millisinin müdafiəçisi Stefan De Vray bu qış Səudiyyə Ərəbistanına yollana bilər.
Korner.az xəbər verir ki, 33 yaşlı futbolçunun “Əl-Hilal”a transferi hələ mövsüm bitmədən reallaşa bilər, əks halda keçid mövsüm sonunda tamamlanacaq.
De Vray 2018-ci ildə “Latsio”dan “İnter”ə transfer olunub. Karyerasına “Feyenoord”un yetirməsi kimi başlayan təcrübəli müdafiəçinin hazırda müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.