İtaliya millisinin aparıcı futbolçusu Daniel De Rossinin AVRO 2016-nın 1/4 finalında Almaniyaya qarşı oyunda komandasına kömək edib edə bilməyəcəyi dəqiqləşib.
Korner.az-ın məlumatına görə, bu barədə İtaliya yığmasının baş məşqçisi Antonio Konte açıqlama verib. “Qraf” Rossinin meydana çıxmağa tamamilə hazır olduğunu deyib.
Qeyd edək ki, De Rossinin zədə səbəbindən Almaniyaya qarşı oynaması sual altında idi və onun meydana çıxmaq şansları çox aşağı dəyərləndirilirdi
