De Lixtin yeni klubu bəlli oldu
12.04.2019 , 17:45

“Ayaks” klubunun baş məşqçisi Ten Haq önəmli transfer açıqlaması verib.
Hollandiyalı çalışdırıcı De Lixtin növbəti mövsümdən “Ayaks” klubunda qalmayacağını bildirib.
“De Lixtin bu mövsüm bizimlə sonuncu ilidir. Gələn il o, ya “Bavariya”, ya da “Barselona” klubuna keçəcək.
Qeyd edək ki, hollandiyalı müdafiəçinin transfer qiyməti 75 milyon avrodur.
