De Lit: “Məni artıq “Barselona”ya transfer ediblər
04.04.2019 , 15:45

“Ayaks” klubunun futbolçusu Matias De Lit haqqında çıxan transfer xəbərləri ilə bağlı danışıb.
Hollandiyalı müdafiəçi hazırda “Ayaks” üçün oynadığını və mövsümün sonu nələr olacağını bilmədiyini deyib.
“Hazırda “Ayaks” klubunda çıxış edirəm. Amma məni bəziləri “Barselona”ya transfer edib. Növbəti mövsüm hansı klubda çıxış edəcəyimi mövsümün sonu biləcəyik.”
Qeyd edək ki, Matias De Lit “Barselona”, PSJ və “Mançester Siti” kimi klubların transfer gündəmindədir.
