De Liqt “Yuventus”a keçir?
10.06.2019 , 14:35

“Ayaks”ın kapitanı Matteys de Liqt karyerasını “Yuventus”da davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, UEFA Millətlər Liqasının Portuqaliya – Hollandiya (1:0) finalından sonra birincilərin ulduz futbolçusu Kriştianu Ronaldo gənc müdafiəçini çıxış etdiyi “Yuventus”a dəvət edib. Futbolçu isə buna gülümsəyərək reaksiya verib.
Qeyd edək ki, de Liqtla “Barselona” və PSJ də maraqlanır.
