De Byazi: “Rəqib yaxşı komandadır”
19.11.2022 , 14:30

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı təşkil edib.
Korner.az xəbər verir ki, mütəxəssis rəqib komanda haqqında fikirlərini bölüşüb:
“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var. Rəqibin İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var”.
Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
