De Byazi: “Futbolçular oyuna ciddi yanaşmalıdırlar”
11.09.2023 , 20:54
“Belçika millisinə qarşı yaxşı oynamışdıq. Rəqibimiz güclü olduğu üçün məğlub olduq. Rəqib yaratdığı bir şansdan istifadə etdi. O qolu buraxmamaq da olardı. Amma düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətində olanlar da, sonradan meydana daxil olanlar da yaxşı oynadı”.
Korner.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İordaniya ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bildirib: “İordaniya millisinə gəlincə, sürətli komandadır. Bir neçə oyunlarını izləmişəm. Bütün diqqətimiz İordaniyaya millisinə qarşı olacaq. Oktyabrdakı rəsmi oyunlardan əvvəl son sınaqdır. Futbolçular oyuna ciddi yanaşmalıdırlar. Oktyabrdakı toplanışında kimin siyahıda olacağı sabahkı oyundan asılıdır. İordaniya ilə oyun bizim üçün vacib sınaqdır”.
Sabah keçiriləcək Azərbaycan – İordaniya görüşü saat 20:00-da başlayacaq.