De Byazi futbolçu axtarışında
03.02.2021 , 10:47

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə yollanıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətindəki Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir.
