De Byazi bu futbolçuları kənar saxladı
09.09.2023 , 13:16
Azərbaycan millisinin 3 futbolçusu AÇ-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunun “23-lüy”ündən kənarda qalıb.
Korner.az xəbər verir ki, baş məşqçi Canni De Byazi iki müdafiəçi və bir yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.
Bunlar Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçüdür. Adıçəkilən oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.
Qeyd edək ki, Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.