“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne xarici çempionatlarda çıxış edən ən yaxşı belçikalı oyunçu seçilib.
Korner.az-ın məlumatına görə, o, Eden Azar (“Çelsi”) və Yannik Karraskonu (“Atletiko”) qabaqlayaraq ardıcıl 2-ci dəfə bu mükafata sahib çıxıb.
Qeyd edək ki, de Bruyne 2016-cı ildə 41 oyuna 10 qol vurub, 12 qolun ötürməsini verib.
